EN

COP29-un təşkili  mükəmməl səviyyədədir - Harenae Patricia Tahirindray

Mən bura gələnə qədər Azərbaycanı demək olar ki, tanıyırdım. Gələn kimi Bakını kəşf etdim. Gələndə şəhərdə birindən soruşdum ki, özünü daha çox avropalı, yoxsa asiyalı hiss edirsən, biri avropalı, biri isə asiyalı dedi... Bakıda çox az adam ingiliscə danışır, xüsusən supermarketlərdə və taksilərdə. 

Bu fikirləri “İki sahil”ə açıqlamasında COP29 çərçivəsində ölkəmizdə qonaq olan Madaqaskardan olan nümayəndə Harenae Patricia Tahirindray söyləyib.

Madaqaskarlı nümayəndə qeyd etdi ki, Bakı çox mehriban insanların olduğu sürprizlərlə dolu bir şəhərdir: "Burada bir çox insanlardan gördüyüm xeyirxahlığı həqiqətən yüksək qiymətləndirdim. Şəhərdə yeməklərin qiyməti çox münasib idi."

Onun sözlərinə görə, COP29-un təşkili  mükəmməl səviyyədədir: “COP29-un  yüksək səviyyəli təşkilitində könüllülərin də rolunu önəmli hesab edirəm. İnanıram ki, bu ölkə COP29-u həqiqətən əlamətdar hadisəyə çevirmək üçün çox səy göstərib və iştirak edə bildiyim üçün çox şadam”.

Yaqut Ağaşahqızı, “İki sahil”

Chosen
14
ikisahil.az

1Sources