EN

Mourinyo Cengiz Ünder qərarını verib - AYRILIR

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyonun bu mövsüm oynamaq şansı çox olmayan Cengiz Ünderin gedişinə razılıq verdiyi iddia edilib. "Fənərbağça"nın 27 yaşlı futbolçu ilə yollarını fasilədə ayıracağı qeyd edilib.
Sherg.az xəbər verir ki, "Sözcü"nün xəbərinə görə, "sarı-göylülər"in bu mövsüm oynamaq şansı olmayan və zədələrlə mübarizə aparan milli futbolçu ilə ara transferdə yollarını ayıracağı iddia edilib.

Digər tərəfdən, "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyonun heyətdə üstünlük verilməyən Cengizin başqa komandaya transferinə razılıq verdiyi bildirilib.

27 yaşlı futbolçu bu mövsüm "Fənərbaxça"nın heyətində 3 matçda meydana çıxsa da, nə qol, nə də məhsuldar ötürmə verə bilib.
Chosen
18
sherg.az

1Sources