EN

La Liqada mövsümün ən yaxşı futbolçusu seçildi

style='margin-bottom:10px;'>

İspaniya Futbolçuları Assosiasiyası La Liqanın 2023/24 mövsümünün ən yaxşı futbolçusunun adını açıqlayıb.

QOL.az xəbər verir ki, bu, "Real"ın yarımmüdafiəçisi Cud Bellinqem olub.

21 yaşlı futbolçu Madrid təmsiçisinin heyətində keçirdiyi ilk mövsümdə La Liqada 28 matça çıxıb, 19 qol vurub, 6 qolun ötürməsini verib.

Bütün bu nəticələr Bellinqhemin La Liqanın bombardiri olmaq uğrunda yarışda "Vilyarreal"ın keçmiş hücumçusu Aleksandr Serlot və "Jirona"nın sabiq forvardı Artem Dovbikdən sonra 3-cü yeri tutmağına şərait yaradıb.

Bellinqem bu mövsüm bütün turnirlərdə 13 oyuna çıxıb, 1 qol vurub və 4 qolun ötürməsini edib.

Chosen
11
1
teleqraf.com

2Sources