EN

Netanyahunun keçmiş köməkçisini ömürlük həbs gözləyir

İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin keçmiş mətbuat müşavir Eliezer Feldsteini məxfi məlumatları sızdırdığına görə ömürlük həbs cəzası gözləyir. 

Missiya.Az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Mənbənin sözlərinə görə, Feldstein əsas şübhəli hesab olunur. Bundan başqa, o, dövlət sirri təşkil edən sənədləri qanunsuz saxlamaqda ittiham olunur.

Məlumata görə, bu işdə daha bir şübhəli, adı açıqlanmayan İsrail Müdafiə Qüvvələrinin ehtiyatda olan hərbi qulluqçusunu da 7 il həbs gözləyir.

Bildirilir ki, ittihamnamədə Feldsteinin dörd hərbi kəşfiyyatçının vasitəçiliyi ilə İsrail Müdafiə Qüvvələrinin məlumat bazasından məxfi məlumatları əldə etdiyi və İsrailin baş nazirinin ofisinə göndərdiyi iddia edilir.

Qeyd olunub ki, o, həmin sənədlərdən birini Almaniyanın “Bild” qəzetinə təhvil verib.

Daşqın HəsənovMissiya.Az

Chosen
5
5
missiya.az

10Sources