EN

"Sumqayıt" braziliyalı ilə yanaşı, monteneqrolu ilə də vidalaşacaq

"Sumqayıt" rəhbərliyinin qışda yola salmaq istədiyi daha bir legionerin adı məlumdu.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, "kimyaçılar" Nikola Vuynoviçin performansından narazıdı.

Ümidləri doğrultmayan monteneqrolu forvard cari mövsümdə 11 oyuna çıxıb və cəmi 1 qolla yadda qalıb. 27 yaşlı futbolçunun "Sumqayıt"la anlaşması 2025-ci ilin iyununadək nəzərdə tutulub. Rəhbərlik qış fasiləsində onunla yolları ayırmağı planlaşdırır.

Qeyd edək ki, "kimyaçılar" ikinci dövrənin sonunda braziliyalı Fernando da Silva ilə də müqaviləyə xitam verəcək.

Ä°dman.biz

Chosen
17
idman.biz

1Sources