EN

BANM-də təhsil alan konqolu tələbələrlə görüş olub

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso COP29 çərçivəsində Azərbaycanda səfərdə olub. O, həmçinin “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında anlaşma memorandumu” çərçivəsində Bakı Ali Neft Məktəbində (BANM) təhsil alan konqolu tələbələrlə görüşüb.

BANM-dən “İki sahil”ə bildirilib ki, görüşdə Konqo Respublikasının Prezidenti bu sənədin iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Prezident 8 tələbə ilə görüşərək, onların hər birinə uğurlar arzulayıb və gələcəkdə daha çox konqolu tələbənin BANM-də təhsil almasına ümidvar olduğunu deyib.

Chosen
6
3
ikisahil.az

5Sources