EN

Adımdan saxta yazışmalar yayıblar: Qənirə Ataşova

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanın bir neçə gün əvvəl bloklanan instaqram hesabı açılıb.

"Cebheinfo.az" xəbər verir ki, jurnalist instaqram hesabında bununla bağlı dostlarının yazdığı postları yayımlayıb. 

Q.Ataşova eyni zamanda onun adından yazılan saxta mesajları da paylaşıb. O bildirib ki, adından yalançı yazışma yayılıb:

"Əziz dostlar, haqqımda paylaşılan “yazışma” görüntüləri tamamilə saxtadır və fotoşopla düzəldilib. Azərbaycanda saxta plastik cərrahlarla bağlı apardığım mübarizə hər kəsə bəllidir. Bu mübarizəm onlara çox ağır gəlib və indi mənim nüfuzumu zədələmək üçün belə ucuz yollara əl atırlar. Əgər bu görüntülər fotoşop deyilsə, onların "videoscreen" paylaşmasını tələb edirəm! Sadəcə şəkil yox, tam bir ekran videosu çəkərək bunu sübut etsinlər. O "screen"də mənim izləyicilərim və paylaşımlarım hər şey əks niyə olunmayıb? Çünki diplomunuz kimi əməliniz də saxtadır. 

Təəssüf ki, Azərbaycanda bəzi özünü plastik cərrah adlandıran insanlar təkcə plastik cərrah yox, həm də mafiyalaşmış qruplaşma kimi fəaliyyət göstərirlər. Onlar elmə yox, cahilliyə və öz mənfəətlərinə xidmət edirlər. Bu saxta həkimlər rezidentura təhsili almadan, yalnız saxta sertifikatlarla özlərini cərrah kimi təqdim edirlər. İnsanlarımızın sağlamlığını riskə atan bu şəxslərlə mübarizəmi davam etdirəcəyəm, çünki bu, mənim vicdan və ədalət borcumdur. Onların dövlətə ödəmədiyi vergilərini də hamıya xatırladım".

Sözügedən yazışmanı isə şair Nazilə Səfərli paylaşıb.

Qeyd edək ki, Q.Ataşova bir müddət öncə öz instaqram hesabında Azərbaycanda plastik-cərrah və kosmetoloq kimi fəaliyyət göstərən həkimlərlə bağlı paylaşımı diqqət çəkmişidi. O, əlliyə yaxın həkimin saxta yolla diplom aldığını və ya adi sertifikatlarla bu işlə məşğul olduğunu iddia etmişdi./Axşam.az

"Cebheinfo.az"

 

Chosen
13
6
cebheinfo.az

10Sources