EN

“Çinar-Trans” MMC - məhkəməyə verildi

Fins.az - “Çinar-Trans” MMC-yə qarşı inzibati xəta protokolu tərtib edilib.

FED.az-ın verdiyi məlumata görə, MMC-nin vergilərin, rüsumların ödənilməsi və maliyyə, sığorta qaydalarına əməl etməməsi səbəbindən “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu pozulub. Xüsusən, şirkət avtonəqliyyat vasitələrinin mülki məsuliyyətini icbari qaydada sığorta etdirmək öhdəliyini yerinə yetirməyib.

İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən, icbari sığorta müqaviləsinin bağlanmaması halında fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir.

Əlavə olaraq, qanuna əsasən, belə hallarda şəxs 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır və bu müddət ərzində təkrarən inzibati məsuliyyətə cəlb olunmur.

İnzibati xətanın aşkar edilməsi xüsusi texniki vasitələrlə də həyata keçirilə bilər və bu halda, məsələnin həll edilməsi üçün göstərilən müddət həmin xətanın aşkar edildiyi gündən başlayır.

İşə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədova tərəfindən baxılacaq.

Chosen
31
3
fins.az

3Sources