EN

“COP29-da böyük ölkələrin bir-biri ilə razılaşmadığı müşahidə olunur” — AÇIQLAMA

“COP29 görüşlərində şəxsən iştirak etmişəm. Orada rəsmi danışıqlarla paralel olaraq sessiyalar gedir. Tədbirdə QHT, təhsil sektoru, tədqiqatçılar, alimlər, biznes-elita iştirak edir. Rəsmi danışıqlarda hər kəs iştirak etməsə də, görüşlərdə və lobbiçilik məsələlərində iştirak edirlər”.

Bu sözləri Demokrat.az-a deputat Fariz İsmayılzadə deyib:



“Ümumiyyətlə, COP29 təşkilatçılığını iki hissəyə bölmək olar. Birinci logistik hazırlıq işləridir. Azərbaycan bu baxımdan çox gözəl hazırlıq işləri aparıb. Bütün xarici ekspertlər deyir ki, COP29 dünyada inzibati cəhətdən ən yaxşı təşkil olunmuş COP tədbirlərindən biridir. Onlar üçün tam təhlükəsiz və rahat şərait yaradılıb”.

Deputat qeyd edib ki, məzmuna gəldikdə danışıqlar çətin gedir: 

“Ən həssas mövzulardan biri maliyyə mövzusudur. Böyük ölkələrin bir-biri ilə razılaşmadığı müşahidə olunur. İnkişaf edən ölkələrlə inkişaf etmiş ölkələr arasında fikir ayrılığı var. Ümumi büdcənin miqdarında razılaşa bilmirlər. Danışıqların ən intensiv fazası hazırda gedir. Yekunlaşdırmağa çalışırlar ki, yekun nəticə əldə olunsun və büdcə məbləği müəyyən edilsin”.

Əfsanə Kamal
Demokrat.az
Chosen
12
1
demokrat.az

2Sources