EN

Avropa Klublar Birliyinin iclasında COP29-da yaradılan alyansla bağlı rəsmi müraciət olacaq

Avropanın bütün klublarına Bakıda COP29 çərçivəsində “Qarabağ”ın təşəbbüsü ilə yaradılmış iqlim dəyişikliyinə qarşı birgə alyansa qoşulmaq təklif olunacaq.

Bu barədə “Qarabağ” və Avropa Klublar Birliyinin İdarə Heyətinin üzvü Asif Əsgərov məlumat verib.

Onun sözlərinə görə, müraciət ECA-nın dekabrın əvvəlində planlaşdırılan iclasında ediləcək və quruma üzv olan Azərbaycan təmsilçilərinə də şamil olunacaq.

Qeyd edək ki, birgə alyans noyabrın 16-da Bakıda “Qarabağ”, “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbağça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Portu” (Portuqaliya), “Flamenqo” (Braziliya) və “Malmö” (İsveç ) klublarının iştirakı ilə yaradılıb.

Chosen
25
2
xalqqazeti.az

3Sources