EN

Castin Biber həyat yoldaşını narahat edib

Dünya şöhrətli gənc müğənni Castin Biberin “Billboard”un "21-ci əsrin ən böyük pop ulduzları" siyahısında 8-ci yeri tutması həyat yoldaşı Heyli Biberi narahat edib. 

“Cebheinfo.az” xəbər verir ki, müğənninin reytinqdəki yerini bəyənməyən Heyli sosial media hesabından öz iradını bildirib. 

Paylaşımları və hərəkətləri ilə həyat yoldaşı Castin Biberi hər şəraitdə dəstəkləyən Heyli paylaşım edərək ""Billboard" həmişəki kimi gülməlidir",- deyib.

Qeyd edək ki, Castin Biber gənc yaşlarında məşhurlaşan həmkarı Selena Qomez ilə səkkiz illik münasibətlərinə son qoyduqdan qısa müddət sonra Heyli Baldvin ilə eşq yaşamağa başlayıb. Onlar qısa müddətdə evləniblər. 2018-ci ildə ailə quran cütlüyün keçən il Cek Blyuz adlı oğulları dünyaya gəlib.

Chosen
12
cebheinfo.az

1Sources