![](https://www.kommersant.az/media/2018/06/07/104819268-rts1h7gu-putin.530x298.jpg)
Rusiya Prezidenti Vladimir Putin Seneqal Prezidenti Bassiro Diomai Faye ilə telefon danışığı aparıb.
Kommersant.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Liderlər ticarət-iqtisadi və investisiya sahələrində, o cümlədən enerji, nəqliyyat və kənd təsərrüfatı sahələrində perspektivli birgə layihələrin həyata keçirilməsində ənənəvi dostluq Rusiya-Seneqal münasibətlərinin gücləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər”, - məlumatda deyilir.