EN

Rusiyada benzin ixracına qoyulan qadağa ləğv edilir

Rusiyada benzin ixracına qoyulan qadağa vaxtından əvvəl ləğv edir.

Azpost.info TASS-a istinadən bildirir ki, yaxın günlərdə müvafiq qərar açıqlanacaq. Bu barədə jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.

“Qadağa götürüləcək, indi sənədlər hazırlanır. Bu yaxın günlərdə qərar veriləcək. Bunun dekabrın 1-də və ya başqa bir tarixdə qaldırılacağını demək çətindir” deyə Novak vurğulayıb.

Sentyabrın 1-dən Rusiyadan benzin ixracına qoyulan qadağa 2024-cü ilin sonuna qədər uzadıb. Oxşar qadağa martın 1-dən avqustun 31-dək qüvvədə idi. Lakin mayın sonundan iyul ayına kimi daxili bazarın dolması səbəbindən ixraca icazə verilmişdi.

 

Chosen
55
azpost.info

1Sources