EN

Bu ölkə bəyan etdi: Netanyahu gəlsə, həbs edəcəyik

Beynəlxalq Cinayət Məhkəməsi (ICC) baş nazir Binyamin Netanyahu da daxil olmaqla yüksək vəzifəli İsrail rəsmilərinin həbsinə orderlər verdikdən sonra Kanadanın baş naziri ölkəsinin məhkəmənin qərarına əməl edəcəyini bildirib.

Publika.az xəbər verir ki, Baş nazir Castin Trüdonun sözlərini “Toronto Sun” sitat gətirib.

"Biz beynəlxalq hüququn tərəfdarıyıq və beynəlxalq məhkəmələrin bütün qərarlarına əməl edəcəyik", - Trüdo bildirib.

Cümə axşamı Haaqa məhkəməsi Qəzza münaqişəsi ilə bağlı Netanyahu, İsrailin keçmiş müdafiə naziri Yoav Qallant və HƏMAS lideri İbrahim əl-Masrinin həbsinə order verib.

Chosen
4
4
publika.az

4Sources