EN

İsveç təmsilçisi: COP29-da təşkilatçı ölkə olan Azərbaycanı çox bəyəndim 

Yazını böyüt
Yazını kiçilt

İsveç bir neçə inkişaf etməkdə olan ölkəyə iqlim fəaliyyətində dəstək olur. Qlobal Şimal qütbündə artıq bəzi dəyişikliklər baş verir. Yay fəsli olduqca quru, yağışlar isə güclü olmağa başlayıb. Qış fəsli gec gəlsə də, yeni kənd təsərrüfatı sistemi üzrə fəsillər nəzərə alınmalıdır.

Hafta.az xəbər verir ki, bu fikirləri azertac-a müsahibəsində İsveç Beynəlxalq Əməkdaşlıq və İnkişaf Agentliyinin nümayəndəsi Nayoka Marsiel Martinez deyib. O bildirib ki, İsveç təmsilçisi olaraq COP29-da keçirilən müzakirələrin yekun nəticəsini gözləyirlər.

“Təşkilatçı ölkə olan Azərbaycanı çox bəyəndim. Bakının çox gözəl memarlıq abidələri var. Burada hava çox təmiz, şəhər olduqca gözəldir”, - deyə qonaq bildirib.

Chosen
8
1
hafta.az

2Sources