EN

Yalçın Rəfiyev: “COP29 Sədrliyi 250 milyard dollarlıq illik maliyyələşmənin ədalətli olmadığını hesab edir”

“COP29 Sədrliyi 250 milyard dollarlıq məbləğindəki illik maliyyələşmənin ədalətli və iddialı rəqəm olmadığını hesab edir. Bununla belə, digər tərəflərlə birgə fəaliyyətin davam etdirilməsi nəzərdə tutulub”.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə COP29-un baş danışıqçısı Yalçın Rəfiyev məlumat verib.

"Biz bu məsələ ilə bağlı məsləhətləşmələri davam etdirir və irəliləyiş əldə olunacağına ümid edirik. Tərəflər məbləği hələ nəzərdən keçirəcəklər və yekun razılaşma əldə edildikdən sonra şərh verə biləcəyik.

Ümid edirik ki, yekun nəticədə irəliləyiş əldə olunacaq. Çünki təklif olunan məbləğə bir daha baxılacaq. Şərhimizi isə yalnız yekun razılığa gəlindikdən sonra verə biləcəyik”, - baş danışıqçı qeyd edib.

Bizim.Media

Chosen
30
bizim.media

1Sources