EN

Taksi sürücüləri sərnişinləri harada düşürüb – mindirə bilər? – Ekspertlərdən TƏKLİF VİDEO

Tıxacda avtomobilə sərnişin əyləşdiyi üçün sürücü barəsində cərimə tətbiq edilib.

Xezerxeber.az xəbər verir ki, maraqlı hadisə Sərdar Məmmədovun başına gəlib. Sürücü deyir ki, Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsində tıxacda olarkən əcnəbi vətəndaşlar tətbiq üzərindən taksi sifariş veriblər. Sərdar Məmmədov qəbul edib və müştəriyə yaxınlaşmadan onlar avtomobilə özləri gələrək  oturublar.

Yol hərəkəti haqqında qanunda qeyd olunur ki, sürücü yolun hərəkət hissəsində sərnişin mindirib və ya düşürə bilməz. Sürücü Sərdar Məmmədov da ona yazılan cərimədən narazılıq etmir. Amma onun hazırki vəziyyətə görə nazrazılığı taksi şirkətlərinin tətbiqi ilə bağlıdır.

Yol hərəkəti qaydaları üzrə ekspert Aslan Əsədov da hesab edir ki, bizim ölkədə fəaliyyət göstərən aqreqatırların bir çoxu dünya təcrübəsindən faydalanmır. Şirkətlərdə olan bəzi nöqsanlar həm sürücü, həm də sərnişinlərin təhlükəsizliyini riskə atır.

Ekspert deyir ki, əgər xarici ölkələrdəki təcrübə bizdə də olsa sürücülər cərimə edilməyəcəklər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
27
8
xezerxeber.az

9Sources