EN

"Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi üzərində işləyirik" - Nazir müavini

Rəsmi Daşkənd Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xəttinin tikintisi üzərində işləyir.

“Report” xəbər verir ki, bunu Özbəkistanın nəqliyyat nazirinin müavini Mamanbəy Allabergenoviç Ömərov COP29 çərçivəsində təşkil olunmuş “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masasında bildirib.

"Eyni zamanda Trans-Əfqan dəhlizinin tikintisi üzərində işləyirik. Bütün bunlar Orta Dəhliz üçün əlavə həcm yaradacaq. Beləliklə, dəhlizin daha da inkişaf etdirilməsi və tranzit potensialının artırılması, sərhəddə keçidin sadələşdirilməsi üçün yeni müasir üsulların tətbiqi həyata keçirilməlidir. Özbəkistan dünyada ilk dəfə Türkiyə ilə birlikdə icazə sistemi tətbiq edib. Eyni zamanda, biz bunu Qazaxıstanla həyata keçirdik. Çox yaxın vaxtlarda Türkmənistan və Azərbaycanla da həyata keçirəcəyik.

Daha sonra biz bunu digər sərhəd ölkələrimizlə, eləcə də E-icazə sistemi ilə tətbiq edəcəyik", - deyə o qeyd edib.

Bundan başqa, Özbəkistan rəsmisinin sözlərinə görə, ölkəsi qısa müddətdə birbaşa ünsiyyət üçün rəqəmsal platformaların tətbiqi yolu ilə nəqliyyat sənayesində sahibkarlıq subyektləri, dövlət orqanları və vətəndaşlar arasında rəqəmsal qarşılıqlı əlaqəni təmin etməyi planlaşdırır:

"Rəqəmsallaşma həmçinin nəqliyyat xidmətlərinin ixracı və tranzitin inkişafı üçün qlobal rəqəmsal nəqliyyat məkanına inteqrasiyanı sürətləndirəcək. Beləliklə, hamı başa düşür ki, iqtisadiyyat nəqliyyatsız inkişaf edə bilməz".

Chosen
3
1
avtosfer.az

2Sources