EN

“Fənərbaxça” hücumçusunu “Əl-Nəsr”ə satmaqdan imtina edib

“Fənərbağça” rəhbərliyi mərakeşli hücumçu Yusif Ən-Nəsirini Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna satmaqdan imtina edib.

90deqiqe.Az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu forvard üçün təxminən 30 milyon avro təklif etsə də, İstanbul təmsilçisi 27 yaşlı futbolçunu bu qış transfer pəncərəsində “Əl-Nəsr”ə buraxmaqdan imtina edib.

Qeyd edək ki, “Fənərbağça” təmsilçiləri Ən-Nəsirinin oyunundan razı qalıblar. Üstəlik, Türkiyə klubu üçün mövsümün ortasında hücum xəttinə layiqli əvəzləyici tapmaq çətin olacaq.

Xatırladaq ki, bu mövsüm Yusuf Ən-Nəsiri “Fənərbağça”nın heyətində Türkiyə liqasında 11 oyuna çıxıb, 2 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
13
90deqiqe.az

1Sources