EN

Ən qədim əlifba kəşf edildi

Elm adamları Suriyanın ən qədim şəhər mərkəzlərindən biri olan Umm-el Marrada qədim məzarlarda arxeoloji qazıntılar aparıblar. Metbuat.az xəbər verir ki, ilk tunc dövrünə aid olan qəbirləri qazan tədqiqatçılar qızıl və gümüş zinət əşyaları, 6 skelet, yemək bişirən qablar, saxsı qablar və nizə ucu, həmçinin üzərində həkk olunmuş yazılar olan gil silindr aşkar ediblər. Elm adamlarının sözlərinə görə, yazıların eramızdan əvvəl e.ə. 2400-cü illərə aid olduğu müəyyən edilib. Bu yazıların digər məlum əlifba sistemlərindən təxminən 500 il daha yaşlı olduğu müəyyən edilib.

Bununla da məlum olub ki, gil silindrlər üzərində həkk olunmuş yazılar bəşər tarixində məlum olan ən qədim əlifbadır. Qeyd edək ki, bundan əvvəl ən qədim əlifbanın eramızdan əvvəl 1900-cü ildə Misirdə və ya onun ətrafında icad edildiyi irəli sürülürdü.

Chosen
9
2
metbuat.az

4Sources