EN

Xüsusi istismar şəraitində olan BİNALAR

Xüsusi istismar şəraitində olan binalar, həmçinin unikal və texniki cəhətdən mürəkkəb bina və qurğuların asma fasad sistemi layihələndirilərkən, hava aralaylı asma fasad konstruksiyaların istismar xüsusiyyətlərini əks etdirən əlavə tələblərə əməl edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Hündürlüyü 75 m-dən çox olan yaşayış və çoxfunksiyalı binalar, eləcə də hündürlüyü 50 m-dən çox olan ictimai binaların hava aralaylı asma fasadların layihələndirilməsi və quraşdırılması fasad sistemlərinin aparılmış laboratoriya sınaqlarına əsaslanan xüsusi texniki şərtlərə uyğun olaraq həyata keçirilir.

Chosen
26
heftelik.az

1Sources