EN

Konor Makqreqor zorlamada günahkar bilindi

İki çəki dərəcəsində Ultimate Fighting Championship (UFC) çempionu, irlandiyalı Konor Makqreqor zorlamada təqsirli bilinib.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, bu qərarı Dublin Ali Məhkəməsinin münsiflər heyəti qəbul edib.

Makqreqordan zərərçəkən şəxsə təxminən 250 min dollar ödəməsi tələb olunur.

Zərərçəkmiş tərəf olan Nikita Ni Laymhin bildirib ki, Makqreqor və dostu Ceyms Lourens tərəfindən 2018-ci ildə otel otağında ona təcavüzə məruz qalıb.

Konor hər şeyin razılıq əsasında olduğunu vurğulayıb.

Chosen
12
11
heftelik.az

10Sources