EN

Qvardiola: “Mançester Siti” liqadan kənarlaşdırılsa belə, klubu tərk etməyəcəyəm

İngiltərənin “Mançester Siti” futbol komandasının baş məşqçisi Xosep Qvardiola klubun İngiltərə Premyer Liqasından kənarlaşdırılması halında heç yerə getməyəcəyini təsdiqləyib.

“Far.Az” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Artıq yazda “şəhərlilər”in Premyer Liqanın maliyyə feyr-pley qaydalarının 115 pozuntusu ilə bağlı səs-küylü işinin qərarı bəlli olacaq.

“Siti”nin təqsiri sübut edilərsə, “şəhərlilər” ən sərt sanksiyalarla, hətta aşağı liqaya düşməklə üzləşə bilərlər. Lakin bu narahatlıqlar Qvardiolanın müqaviləsini 2027-ci ilə qədər uzatmasına mane olmayıb.

“Altı ay əvvəl qalacağımı demişəm. Mənim müsahibələrim var”, – o qeyd edib.

Çalışdırıcının sözlərinə görə, komandası aşağı liqaya düşsə də, “burada qalacaq”.

“Bizi hara göndərə biləcəklərini bilmirəm, Konfransa? Amma növbəti mövsüm biz yüksələcəyik, sonra yenə və Premyer Liqaya qayıdacağıq”, – o vurğulayıb.

Xatırladaq ki, “Mançester Siti” İngiltərə Premyer Liqasının turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Qvardiolanın yetirmələrinin 23 xalı var. Birinci pillədə isə “şəhərlilər”i beş xal qabaqlayan Arne Slotun “Liverpul”u qərarlaşıb.

Chosen
55
50
far.az

10Sources