EN

"Yalı çapkını" final edə bilər

"Yalı çapkını" serialının ssenarisində dəyişiklik edilib.

Ölkə.az Axşam.az-a istinadən xəbər verir ki, serialın reytinqləri artmayacağı təqdirdə Yeni ildən sonra final edəcəyi bildirilib. 

Bundan başqa, "Diyar" obrazına həyat verən aktrisa Pelin Akil serialdan erkən ayrılmaq qərarı alıb. Buna səbəb obrazının ssenaridə getdikcə mənfi təqdim edilməsi olub.

O, ötən gün sonuncu dəfə ekran işi üçün çəkilişlərə qatılıb. 

Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir canlandırır.

Chosen
6
3
olke.az

4Sources