EN

Binadan 22 yaşlı arvadını ataraq öldürən şəxs məhkəmə qarşısında

Abşeron rayonunda qətl törətməkdə təqsirləndirilən Hüseyn Kazımovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Nurəddin Hüseynlinin icraatına verilib.

 

Qeyd: Bu il iyulun 23-də səhər saatlarında Abşeron rayonu Gənclər şəhərciyində 2002-ci il təvəllüdlü Ayşən Kazımovanın yaşadığı mənzilin eyvanından yerə düşərək ölməsi barədə polisə məlumat daxil olub. 

 

Aparılan araşdırmalar zamanı Ayşən Kazımovanın həyat yoldaşı, 2002-ci il təvəllüdlü Hüseyn Kazımov tərəfindən qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı onu qəsdən mənzildən yerə atıldığı müəyyən edilib. Hüseyn Kazımov polis əməkdaşları tərəfindən saxlanılıb. 

 

Kamal Məmmədov

 

 

 

Tarix: 23 Noyabr 2024, 09:00   
Chosen
43
2
pravda.az

3Sources