EN

Gömrük Komitəsi protokol yazdı, məhkəmə cərimələdi

Nərimanov Rayon Məhkəməsində "Unimetal" MMC-yə yazılan inzibati protokola baxılıb.

 

Pravda.az-ın xəbərinə görə, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Qərarla MMC cərimələnib.

 

Xatırlatma: Protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

 

Qeyd: MMC-nin qanuni təmsilçisi Şahmar Qoçkar oğlu Şahmarlıdır. 

 

Xəyal Quliyev

Tarix: 23 Noyabr 2024, 09:36   
Chosen
35
7
pravda.az

10Sources