EN

“Tramp bu münaqişəyə son qoya bilər” - Medvedev

“ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinə nail ola bilər”.
“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Al Arabiya” telekanalına müsahibəsində deyib.
“Biz Trampı praqmatik şəxs hesab edirik. O, Ukrayna münaqişəsinə son qoya bilər, çünki Vaşinqtonun əlində bunun üçün bütün alətlər var”, - deyə Medvedev bildirib.
Qeyd edək ki, Tramp dəfələrlə Ukraynadakı münaqişəni mümkün qədər tez dayandırmaq niyyətində olduğunu bildirib.
Chosen
19
3
sherg.az

10Sources