EN

Vergi borcu olan şirkət ölkədən pul çıxarıb

"Soundbuild" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Yasamal Rayon Məhkəməsinin hakimi Sevinc Quliyevanın icraatındadır.

 

Qeyd: Şirkətin qanuni təmsilçisi Raqif Maqsud oğlu Hüseynlidir. MMC-nin dövlətə 39150.71 AZN borcu var. 

 

Xəyal Quliyev

Tarix: 23 Noyabr 2024, 10:49   
Chosen
24
48
pravda.az

10Sources