EN

Medvedev: “Tramp Ukraynadakı münaqişəni dayandıra bilər”

“Donald Tramp Ukraynada sülhə nail olmaq üçün bütün vasitələrə malikdir”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Əl Ərəbiyyə” telekanalına münasibəsində deyib.

O Trampı praqmatik şəxs adlandırıb və bildirib ki, ABŞ-nin yeni prezidenti Ukrayna böhranına son qoya bilər.

Bundan əlavə, Medvedev NATO ölkələrinin hazırda Ukraynadakı münaqişədə birbaşa iştirak etdiyini bildirib və Rusiyanın cavab verəcəyi barədə xəbərdarlıq edib.

Xatırladaq ki, Donald Tramp seçkidən əvvəl prezident olacağı təqdirdə Rusiya-Ukrayna müharibəsini 24 saata datandıra biləcəyini qeyd etmişdi.

Məlik,
KONKRET.az

Chosen
16
konkret.az

1Sources