EN

İnanırıq ki, qadınlarımız iqlim dəyişiklikləri ilə mübarizədə öz layiqli töhfələrini verəcəklər- ÖZƏL

BMT-Qadınlar Proqramı və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkilatçılığı ilə "UNFCCC Gender Günü" çərçivəsində rəsmi ziyafət təşkil edilib. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Hicran Hüseynova məlumat verib: "BMT-Qadınlar Proqramı və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkilatçılığı ilə "UNFCCC Gender Günü" çərçivəsində rəsmi ziyafət də iştirak etdim. İştirakçılarla günü yekunlaşdıraraq, səsləndirilən təklif və təşəbbüsləri bir daha müzakirə etdik. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (UNFCCC) uyğun olaraq ölkələr tərəfindən razılaşdırılmış Gender Fəaliyyət Planı və qadınların beynəlxalq iqlim dəyişikliyi ilə mübarizə tədbirlərində tam, bərabər və ədalətli iştirakının təmin edilməsi çağırışları edildi. İnanırıq ki, qadınlarımız iqlim dəyişiklikləri ilə mübarizədə öz layiqli töhfələrini verəcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
15
olaylar.az

1Sources