EN

Trampın məhkəməsində sürpriz qərar: hökm elan edildi

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa qarşı keçirilən “sus payı” məhkəməsi üzrə yeni hökm elan edilib.

Publika.az xəbər verir ki, məhkəməyə sədrlik edən hakim Xuan Merçan qərar iclasının təxirə salındığını elan etsə də, yeni tarix açıqlamayıb.

Trampın vəkilləri hakim Merçandan işi rədd etməyi xahiş ediblər. Prokurorluq isə işi tamamilə dayandırmaq əvəzinə müttəhimin qarşıdan gələn prezidentlik müddətinin sonuna qədər qalan bütün cinayət mühakimələrini təxirə salmaq qərarını verib.

Xatırladaq ki, Tramp 2016-cı il prezident seçkiləri zamanı münasibətdə olduğu yaşlı kinoaktrisa Stormi Danielsə “sus payı” ödəmək və ödənişi ört-basdır etmək üçün rəsmi qeydləri saxtalaşdırdığına görə mühakimə olunurdu. Eyni işdə o, mayın 31-də 12 nəfərdən ibarət münsif heyəti tərəfindən ona qarşı irəli sürülən 34 ittihamın hamısında təqsirli bilinib.

Chosen
24
2
publika.az

3Sources