EN

Azərbaycanda bəzi deputatlara mənzil VERİLDİ - Bir neçəsi imtina etdi

Sentyabr ayında səlahiyyət müddəti başa çatmış VI çağırış (2000-2024-cü illər) Milli Məclisinin bəzi deputatlarına yeni mənzillər təqdim olunub.

Day.Az xəbər verir ki, Modern.az saytının əldə etdiyi məlumata əsasən, deputatlar bu məlumatı özləri də təsdiqləyiblər. Lakin, mənzil alan deputatlar təbrikləri qəbul etmələrinə baxmayaraq, bu mövzu haqqında danışmaqdan çəkiniblər.

Araşdırmalar zamanı digər maraqlı faktlar da üzə çıxıb. Məlum olub ki, VI çağırış Milli Məclisinin bəzi deputatları mənzil alma təklifindən imtina ediblər. Onlar bunu yaşayış şəraitlərinin yaxşı olması ilə əsaslandırıb və yeni mənzilə ehtiyac duymadıqlarını vurğulayıblar.

Bununla belə, bəzi deputatlar mövcud evlərinə əlavə olaraq yeni mənzil əldə etmək istəyiblər. Onlar bu məqsədlə məktub yazaraq, yeni yaşayış sahəsi əldə ediblər.

Bu şəkildə, yeni mənzil alan deputatlar arasında həm mövcud evləri olanlar, həm də daha yaxşı şəraitə ehtiyacı olanlar mövcuddur.

Qeyd edək ki, Milli Məclisin əvvəlki çağırışlarında da deputatlara mənzillər verilib.

Xatırladaq ki, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanuna əsasən, deputatlar mənzil təminatından faydalana bilərlər.

Sözügedən qanunun 26-cı maddəsində deyilir:
"Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında mənzili olmayan deputata səlahiyyət müddətində xidməti mənzil, bu mümkün olmadıqda yaşayış xərclərinin ödənilməsi üçün Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi qaydada və məbləğdə pul təminatı verilir. Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında daimi yaşayan və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan deputatın mənzil şəraiti Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada yaxşılaşdırılır. Deputatın daimi yaşadığı yer telefonla təchiz edilir."

Chosen
10
32
day.az

10Sources