EN

"Parlamentə girənlər" Rusiyaya daxil olurlar - Zurabişvili

"Parlamentə

Gürcüstan Prezidenti Salome Zurabişvili əmindir ki, seçki baryerini keçmiş dörd müxalifət partiyası parlamentə daxil olmayacaq.

O, bunu "Mtavari Arxi"nin efirində deyib.

Dövlət başçısı əlavə edib ki, "parlamentə girənlər Rusiyaya daxil olurlar."

“Mən bir şeydə əminəm ki, onlar daxil olmayacaqlar. 2020-ci illə mənasız müqayisələr aparılır, bu tamamilə fərqli bir vəziyyət idi. O zaman ölkənin Avropa gələcəyi məsələsi gündəmdə deyildi, əksinə, avropalılar deyirdilər ki, parlamentə girin və tələb etdiyimiz islahatlar üzərində işləyin. O vaxt cəmiyyətdə ölkənin başqa istiqamətə getdiyi hissiyyatı yox idi. Seçkilərin geniş miqyasda saxtalaşdırıldığı hissiyyatı da yox idi. Var idi ("saxtakarlıq") , mən buna “normal saxtakarlıq” deyirəm, amma seçkilərin və ölkənin bizdən oğurlandığı hissi mövcud deyildi. Ona görə də vəziyyət çox fərqlidir. Bu gün parlamentə girənlər Rusiyaya daxil olurlar” , - deyə Salome Zurabişvili qeyd edib.

Cavid

Chosen
20
xalqcebhesi.az

1Sources