EN

“Bir aydır ki, Dadonu “bloka” atmışam, danışmırıq” - Natavan

“Keçmiş həyat yoldaşım Dado ilə necə qırmışıqsa bir-birimizi artıq 4 həftədir, bir ay olarkı telefonumda “blokda”dır (qara siyahı – red.). O özünü yaxşı aparsa “blok”dan çıxararam, danışarıq. Dado uşağı Zeydi görür. Hər şey yaxşıdır. Sadəcə bu münasibəti idarə etmək çox çətindir. Yəni rəsmi olaraq boşanmış olasan amma bu münasibəti qoruyub, saxlayasan ki, uşağa da çətin olmasın”.

OLAY yazır ki, bu sözləri müğənni Natavan Həbibi qonaq olduğu “Zaurla Günaydın” verilişində deyib.

Sənətçi keçmiş həyat yoldaşı, repçi Dado (əsl adı - Səid Əliyev) ilə münasibətlərindən danışıb.

Natavan bildirib ki, əri ilə qalmaqallı şəkildə boşansa da onun övladə Zeyd ilə görüşməsinə heç zaman manə olmayıb:

“Yaxşı ki, biz eyni camiyədənik və bu səbəbdən hardasa bir-birimizi anlayırıq. Əslində mənim məqsədim də bu idi. Ailə quranda fikirləşirdim ki, bundan yaxşı məni anlayan, xüsusi ilə repçi. Axı onlar azadlığı sevirlər. Ondan yaxşı məni başa düşən və bu yolda yürüyən insan olmaz. Söhbətlərimiz də elə bunun üstündə başlamışdı. “Səs yazma studiyasından niyə gec gəldin” kimi aramızda söhbətlər də vardı. Dado və Zeyd bir-birinin çox sevillər, aralarında bağlılıq var. Zeyd hər gün atasını soruşur. Onu heç kim öyrətmir. Onların arasına girmək yaxşı olmazdı. Yəni dəxlisiz olardı”.

Chosen
27
4
olay.az

6Sources