EN

"Artıq nə Qərb ölkələri, nə də Rusiya geri çəkilmək fikrində deyil" - ŞƏRH EDİLDİ

"Təəssüf ki, Rusiya-Ukrayna müharibəsi getdikcə gərginləşir və qarşılıqlı şəkildə atılan addımlar hər iki ölkəni dünya müharibəsi həddinə sürətlə sürükləyir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.O bildirib ki, xüsusilə də, Qərbin uzaq mənzilli raketlərindən istifadəyə icazə verilməsi, bundan sonra Rusiyanın atdığı cavab addımları bölgə üçün nüvə müharibəsi təhlükəsini artırır: "Ən pisi bundan ibarətdir ki, vəziyyətin gərginləşdirilməsinə doğru yeni-yeni addımlar atıldıqca qarşı tərəfdən daha kəskin cavab reaksiyasını görürük. Çünki Amerikanın Ukraynaya Rusiyanın iç hədəflərini raketlə vurulmasına icazə verməsindən sonra Rusiya qitələrarası ballistik raketlə cavab verdi və nüvə doktrinasını dəyişdi. Daha təhlükəlisi isə ondan ibarətdir ki, artıq nə Qərb ölkələri, nə də Rusiya geri çəkilmək fikrində deyillər.Bu ölkələr arasında nəinki müharibənin yekunlaşdırılması, hətta bu dövlətləri idarə edən hakimiyyətlərin arasında atəşkəsin dayanması, yaxud da əsirlərin dəyişdirilməsi ilə bağlı kiçik bir dialoqun qurulması belə qeyri-mümkündür, bunun səbəbi də qeyd etdiyim kimi, Ukrayna və Rusiyadakı hakimiyyətlər bir-birinə genetik olaraq nifrət edirlər. Digər tərəfdən, Ukraynanın arxasında duran kollektiv Qərb hansı formada dəstək verməsindən asılı olmayaraq Ukraynanın bu müharibədə vaxtsız geri çəkilməsinə, yaxud da sülhə meyllənməsinə, fikrimcə, imkan verməzlər. Ukrayna və Rusiyanın hədəfləri bir-birinə ziddir.Qərb ölkələri, NATO bloku, xüsusilə də, Amerika Birləşmiş Ştatları getdikcə vəziyyəti gərginləşdirən addımlar atır. Geri çəkilmək niyyətində olmadıqlarını ifadə edirlər. Ukrayna yeni silahlarla təchiz olunur. Ukraynaya hərbi maliyyə yardımı getdikcə artırılır. Amerika elə bir siyasət aparır ki, Bayden administrasiyası hakimiyyətə gələn kimi bu dəhlizdən geri dönmək imkanı olmasın. Bütün bunlar onu deməyə əsas verir ki, müharibənin getdikcə daha da gərgin nöqtəyə çatacağı realdır. Hadisələr o həddə qədər inkişaf edə bilər ki, Ukraynada biz artıq taktiki nüvə silahının işə salınmasının da şahidi ola bilərik".

Müəllif: Söylü Ağazadə

Chosen
59
50
sesqazeti.az

10Sources