EN

Hər gün yüzlərlə insan müharibəyə gedir - Kreml

Hər gün yüzlərlə rusiyalı Müdafiə Nazirliyi ilə müqavilə imzalayır. Səfərbərlikdən heç bir söhbət gedə bilməz.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Vətəndaşlarımız Müdafiə Nazirliyi ilə müqavilə imzalamaqda çox fəaldırlar, müqavilə əsasında xidmətə gedirlər. Belə insanlar çoxdur – hər gün yüzlərlə insan müqavilə imzalayır və xüsusi hərbi əməliyyata qatılır”, - deyə o qeyd edib.

O əlavə edib ki, müqaviləli əsgərlər əvvəlcə hazırlıq kurslarından keçirlər və onlara ciddi təlim verilir.

Chosen
7
1
axar.az

2Sources