EN

Almaniyalı nazirdən cılız addım: Bakıdakı tədbiri pozmağa cəhd göstərib

Almaniyanın xarici işlər naziri Annalena Berbokun COP29-un Bakıda keçirilən sammmitində etdiyi çıxış tədbiri pozmaq cəhdi kimi yadda qaldı.

Əslində, buna çıxış yox, təxribat deyilsə, daha doğru olar. Azərbaycana Ermənistandan gələn xanım Berbokun regiona səfərinin niyyəti də elə COP29-da etdiyi çıxışı zamanı aydın oldu. 

Almaniya hökumətinin istefaya hazırlaşdığı, Kansler Olaf Şoltsun hökumıt böhranı ilə bağlı Azərbaycana gələ bilmədiyi bir vaxtda xarici işlər nazirinin İrəvanda və Bakıda peyda olması onun missionerlik fəaliyyətindən xəbər verirdi. 

Belə olmasaydı, Annalena Berbokun qlobal iqlim dəyişikliyi problemini kənara qoyub, erməni separatçıların müdafiəsi ilə məğul olmazdı. 

Atmosferi ən çox çirkləndirən ilk ölkələr sırasında yer alan Almaniyanın xarici işlər naziri bəşəriyyətə vurduqları ziyanın aradan qaldırılmasından danışsa yəqin ki, daha yaxşı olar. Ancaq Berbokun Bakıda daha çox erməni lobbisinin ruporu kimi davranması onun Ermənistandan hazır mətnlə gəldiyini göstərirdi. 

Berbokun özünü ermənilərin və Avropadakı anti-Azərbaycan lobbi dairələrinin “vəkili” kimi aparması birinci dəfə deyil. O, hələ 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusu antiterror əməliyyatı keçirib qondarma rejimin mövcudluğuna son qoyanda təhdid dolu bəyanatlar səsləndirməyə başladı. 

Berbok ermənilərin Qarabağa qaytarılması məsələsini qaldırdı. Fransa Prezidenti Emmanuel Makron isə onun siyasi təcrübəsizliyindən hiyləgərcəsinə istifadə edərək Kansler Olaf Şoltsu bədnam Qranada Bəyananaməsini ermənilərin xeyrinə imzalamağa təhrik edə bildi. 

Makronun bu addımı yalnız Azərbaycana qarşı hücum məqsədi daşımırdı, həm də Cənubi Qafqazdakı maraqlarını təmin etmək üçün Avropadakı ən böyük rəqibi Almaniyanı Fransanın ehtiyat “təkər”inə çevirmək məqsədi daşıyırdı. 

Ancaq Almaniya hökuməti 2024-cü ilin fevral ayında Münxen Təhlükəsizlik Konfransından sonra nə qədər böyük siyasi səhvə yol verdiyini anlayıb neytral mövqe nümayiş etdirməyə, Berlin formatında Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını təşkil etməyə başladı. 

Buna baxmayaraq, Almaniyanın xarici işlər nazirlərinin erməni rəğbəti növbəti dəfə dövlət maraqlarına üstün gəlir. Belə olmasa idi, Annalena Berbok iqlim dəyişikliyi məsələlərinə həsr olunmuş tədbiri siyasiləşdirməyə çalışmazdı. 

Azərbaycan-Almaniya münasibətlərinin normallaşdığı bir vaxtda Berbokun təxribatçı hərəkəti Ermənistan-Fransa ittifaqının xeyrinə yönəlik bir addımdır. Uğursuz diplomat kimi yadda qalan Annalena Berbokun istefa ərəfəsində COP29-u pozmaq üçün aldığı təlimatların Azərbaycana hər hansı təsir göstərmədiyi göz önündədir.

Berbok bacarıqsız diplomat kimi atdığı yanlış addımları ilə Almaniyanı növbəti dəfə Cənubi Qafqazda Fransanın yedək dövlətinə çevirdi.    

Chosen
20
cebheinfo.az

1Sources