EN

“Putinin özündənrazılığına baxmayaraq, Qərbin və Ukraynanın əli daha güclüdür” – Polşa XİN başçısı

“Ukrayna döyüşü dayandırdıqda müharibə bitməyəcək - bu halda Ukrayna özü də bitəcək. Müharibə Putin döyüşü dayandırdıqda başa çatacaq”.

“AzPolitika” xəbər verir ki, bunu Polşanın Xarici İşlər naziri Radoslav Sikorski “Amerikanın səsi”nə müsahibəsində deyib.

Polşa XİN başçısının dediynə görə, Putin də sülh istəyir, lakin yalnız özünün məqbul saydığı şərtlər daxilində: “Hər kəs sülh istəyir, əgər Ukrayna təslim olsaydı, sülh olacaqdı. Ona görə Putin də sülh istəyir. Söhbət bunun hansı şərtlər daxilində olmasındadır”.

Sikorskinin dediyinə görə, məsələ BMT Nizamnaməsinə əməl olunub-olunmayacağı, Ukraynanın, o cümlədən Rusiyanın vaxtilə verdiyi təhlükəsizlik zəmanətlərinə əməl edilib-edilməyəcəyindən gedir və sual buna necə nail olmaqdır.

Sikorski qeyd edib ki, Putinin özündənrazılığına baxmayaraq, Qərbin və Ukraynanın əli daha güclüdür: "Putin döyüşü dayandıranda müharibə başa çatacaq. Bu o deməkdir ki, onun müharibənin səhv olduğu və qalib gələ bilməyəcəyi qənaətinə gəlməsi lazımdır… O(Putin), əslində buna özünü göstərdiyindən daha yaxındır. O, özünü tərifləyəndir... O, hipotetik danışıqlarda özünə rol almağa çalışır. Lakin ABŞ, Avropa və Ukraynanın onun düşündüyündən də güclü kartları var".

“AzPolitika.info”

Chosen
27
azpolitika.info

1Sources