EN

Havanın temperaturu kəskin enəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Bakı. Trend:

Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim havaşəraitindən sonra noyabrın 25-i qərb rayonlarından başlayaraq 27-sigündüzədək hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, bəziyerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir.

Trend xəbər verir ki, bubarədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə ( Naxçıvan MR, Qarabağ vəŞərq-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi-Aran, Quba-Qusar,Dağlıq-Şirvan) leysan xarakterli intensiv olacağı, dağlıq vədağətəyi rayonlarda qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın,Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın vəsel keçəcəyi ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-8° aşağıenəcək.

Bakıda və Abşeron yarımadasında noyabrın 25-i axşamdan 26-sısəhərədək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəziyerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalıvar.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6° aşağıenəcək.

Chosen
22
49
az.trend.az

10Sources