EN

Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu bəyanat yayıb

Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu bəyanat yayıb. SİA bəyanatı təqdim edir: “Ermənistanın baş naziri Nikol Paşinyanın Qərbi Azərbaycan məsələsini və uydurma “Qərbi Ermənistan” anlayışı arasında paralel aparmaq cəhdi qəbuledilməzdir.Qərbi Azərbaycan məsələsi etnik təmizləməyə məruz qalmış azərbaycanlıların Ermənistana dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına xidmət edən insan hüquqları mövzusudur. “Qərbi Ermənistan” ifadəsi isə Ermənistanın Konstitusiyası və digər əsas sənədlərində və siyasi addımlarında öz əksini tapmış ərazi iddiasıdır.Baş nazirin ən azı sözdə uydurma “Qərbi Ermənistan” anlayışını sual altına alması, “mifik Ermənistandan real Ermənistana keçmək” barədə bəyanatları, əslində çoxdan atılmalı olan addımlardır. Lakin bu, etnik təmizləməyə məruz qalmış Qərbi azərbaycanlıların sülh yolu ilə öz evlərinə qayıtmaq hüququ hesabına başa gəlməməlidir.Bizim insan hüquqlarına əsaslanan haqq işimizi ərazi iddiası ilə müqayisə etmək yolverilməzdir. Bir daha xatırladaq ki, Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətinə müraciət edərək, Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyü və suverenliyinə tam riayət olunmaqla dialoq başlatmağı təklif etmişdir. Lakin Ermənistan bu çağırışlara məhəl qoymamış və qəsdən İcmanın fəaliyyətini özünün ərazi bütövlüyünə təhdid kimi təhrif etmişdir.Baş nazir Paşinyan belə yanlış müqayisələr aparmaq əvəzinə, İcmanın dialoq çağırışlarına cavab verməli, Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli qayıdışını təmin etməli, Ermənistanın Konstitusiyası və digər sənədlərdən Azərbaycana və digər qonşu dövlətlərə qarşı ərazi iddialarını dərhal və qeyd-şərtsiz çıxarmaq üzərində işləməli və təhlükəli militarizasiya siyasətinə son qoymalıdır”.

Chosen
14
35
sesqazeti.az

10Sources