EN

Efirdə gərginlik - “Zümrüd, imkan ver...” + VİDEO

Teleaparıcı Zümrüd Bədəlova ilə müğənni Pərvin Lətifov arasında gərginlik yaşanıb.

Yenisabah.az xəbər verir ki, hadisə Z.Bədəlovanın aparıcısı olduğu “Gün ortası” verilişində yaşanıb. Verilişin qonağı olan ifaçı aparıcının onun sözünü tez-tez kəsməsinə əsəbiləşib.
“Biz həqiqəti deməliyik. Zümrüd, xahiş edirəm... Niyə mənim sözümü kəsirsən? Danışmağa qoymursan. Mən sənin xətrini çox istəyirəm. Bilirsən ki, mənə nə qədər doğmasan. Bu, başqa məsələdir. Söhbət sizdən getmir. Sadəcə sən dostumsan. Ona görə sənə deyirəm ki, bəzi aparıcılar mənə elə mərhələdə sual verirlər, bilmədən qarşılarındakı insanı təhqir edirlər. Çünki sualın özünü düzgün qoymaq savad tələb edir. Mənə sual verən insan incəsənəti ən az mənim qədər bilməlidir”.

Chosen
18
4
yenilik.az

7Sources