EN

Briqada generalı həbs edildi: xidməti maşını ilə görün nə edirmiş

Türkiyədə məhkəmə briqada generalı Bilal Çokayı Suriya ilə sərhəddə qeyri-qanuni miqrasiya təşkil etməkdə ittiham edərək 11,5 il müddətinə azadlıqdan məhrum edib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Qeyd olunur ki, general iyun ayında Ankarada polis tərəfindən həbs edilərək vəzifəsindən azad edilib, o, rütbələrindən məhrum edilib. Mətbuatda yayılan məlumatlara görə, Çokay Suriya ilə sərhəddə qeyri-qanuni miqrasiya təşkil edərək, insanları müəyyən məbləğ qarşılığında xidməti avtomobillə daşıyıb.

Miqrasiya İdarəsinin rəsmi məlumatına görə, hazırda Türkiyədə qanuni olaraq 2,9 milyondan çox suriyalı qaçqın var ki, bunun da yarım milyondan çoxu İstanbulda yaşayır.

Chosen
23
publika.az

1Sources