EN

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Naxçıvana da hökm edəcək -  Cavid İsmayılzadənin "əli uzandı"

Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri ilə yanaşı Naxçıvan şəhərində də istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətləri göstərəcək.

Mia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərmanda öz əksini tapıb.

Xatırladaq ki, az əvvəl Tahir Xəlilov İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sədr əvəzi təyin edilib (Bu barədə ilk xəbəri Mia.az yazıb)

https://mia.az/w1074449/xidmete-sedr-evezi-ve-yeni-muavin-teyin-olunub-baki-sukanal-idaresinin-reisi-ve-bezi-sobe-mudirlerinbspdeyisib-yeni-teyinatlar-olub-siyahi-2024-11-13-112358

Mia.az-ın əldə etdiyi digər məlumata görə, digər əmrlə Cavid İsmayılzadə isə sədrin müavini təyin olunub. O, yuxarıda sadalan iri şəhərlər üzrə hər şeyə cavabdeh məsul şəxs olacaq: "Onun rəyi olmadan sadalanan iri şəhərlərdə ən xırda iş belə görülməyəcək".

Samir

MİA.AZ

Chosen
27
11
mia.az

10Sources