EN

Azərbaycanda buğda idxalının dəyəri 16,9% azalıb

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana 948 min 815 ton buğda idxal edilib.

Fins.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu həcmdə buğdanın idxal dəyəri 205 milyon 427 min ABŞ dolları təşkil edib.

2023-cü ilin eyni dövrü ilə müqayisədə buğda idxalı həcm baxımından 463 ton (0,04%) azalıb, dəyər baxımından isə 41 milyon 916 min ABŞ dolları (16,9%) azalma qeydə alınıb.

Buğda idxalı Azərbaycanın ümumi idxalının 1,23%-ini təşkil edir.

Fuad Mədətov
Fins.az

Chosen
4
11
fins.az

10Sources