EN

"Gürcüstanın iqtidar partiyasında prezidentliyə namizəd müzakirə edilir"

Gürcüstanın iqtidar partiyasında ölkənin prezidentliyinə namizəd seçimi intensiv şəkildə müzakirə olunur.

"Report"un yerli bürosu xəbər verir ki, bunu "Gürcü Arzusu” Partiyasının icraçı katibi Mamuka Mdinaradze bildirib.

“Biz artıq komandamız daxilində bir çox namizədi müzakirə etmişik. Ola bilsin, gözlədiyimizdən çox əvvəl prezidentliyə namizədi açıqlayaq”, - M.Mdinaradze deyib.

Onun sözlərinə görə, iqtidar partiyası keçmiş səhvlərdən qaçmaq üçün balanslı qərar qəbul etməyə çalışır.

Gürcüstanda prezident seçkiləri yeni parlamentin noyabrın 25-də baş tutmalı olan ilk iclasından sonra 45 gün ərzində baş tutacaq.

"Cebheinfo.az"

Chosen
4
6
cebheinfo.az

7Sources