EN

Əlli yaşı olan körpü qəzalı vəziyyətdədir;Sakinlər şikayətçidir - VİDEO

Zərdab rayonunda yarım əsrdən çox yaşı olan körpü qəzalı vəziyyətdədir.

Avtosfer.az xəbər verir ki, rayonun Gəlmə kəndində yerləşən Qarasuçayın üzərindəki piyada körpüsü 50 ildən çoxdur istifadə olunur.

Uzunluğu 92 metr, eni isə 2 metr olan körpünün dayaqları çayın dibinə bərkidilmiş beton və dəmir işləmələrdən ibarətdir.

1973-cü ildə inşa edilən və 6 kəndi rayon mərkəzinə birləşdirən "Gəlmə" körpüsü artıq istismar müddətini başa vurub.

Sakinlərin sözlərinə görə, başqa alternativ yol olmadığından mənzilbaşına çatmaq üçün çətinliklə də olsa, bu körpüdən istifadə etməyə məcburdurlar.

Ətraflı "ATV Xəbər"in süjetində:

Chosen
40
avtosfer.az

1Sources