EN

"Qərb ikinci dünya savaşından bəri ən böyük təhlükə ilə üzləşib" - ABŞ generalı

"Biz Rusiya və onun müttəfiqlərinə qarşı durmaq üçün siyasi iradəmizi itirmişik..."
 
Qərb ikinci dünya savaşı dönəmindən bəri ən böyük təhlükə ilə üzləşib.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ ordusunun qərargah rəisləri komitəsinin sabiq sədr müavini, general Cek Kin bəyan edib. Məlumatı "The Times" nəşri yazıb.
 
Vaşinqtonda ən nüfuzlu hərbçilərdən olan, Donald Tramp da daxil olmaqla, bir çox yüksək vəzifəli şəxslər üçün məsləhətlər verən general Kin qeyd edib ki, Qərb ikinci dünya savaşı dönəmindən bəri görünməyən təhlükə ilə üzləşib.
 
Öz karyerası zamanı Kin Tramp tərəfindən 2016-cı ildə seçkilərdə qələbə qazandıqdan sonra müdafiə naziri postuna təklif edilib, lakin o zaman həyat yoldaşını itirən Kin bundan imtina edib.
 
Onun xəbərdarlığı Putinin Rusiya üçün təhlükə olacağı təqdirdə nüvə silahının tətbiq edilməsi imkanı barədə bəyanatları fonunda səsləndirilib.
 
"Pekin-Moskva-Pxenyan" yeni oxu ikinci dünya savaşı dönəmindən bəri ən ciddi və təhlükəli çağırışdır. Nə baş verib? Bu ölkələr ABŞ-ı zəif rəqib kimi qəbul edib. Biz onlara qarşı durmaq üçün siyasi iradəmizi itirmişik", - o, deyib.
 
"Bu təhlükə imkan daxilində tez bir zamanda aradan götürülməlidir. Və bunu Trampın yanvar ayında vəzifəsinə başlayan kimi etmək lazımdır. Bu ox ən çox Rusiya-Ukrayna müharibəsində özünü daha dəqiq təzahür etdirir. Hazırda Şimali Koreyanın 10 min əsgəri ruslara qoşulub", - Kin bəyan edib.
 
Bu yaxınlarda Ukraynanın Rusiya ərazisinə Amerikanın ATACMS raketi və Britaniyanın "Storm Shadow" qanadlı raketi ilə zərbələri, habelə Rusiyanın orta mənzilli sınaq hipersəsli ballistik raketi ilə cavab zərbəsi ilə bağlı son hadisələrdən danışarkən general Kin qeyd edib ki, dünyanın təhlükəsizliyi kritik səviyyədədir və qlobal münaqişə riski xeyli artıb.
 
General belə fikir ifadə edib ki, Putin danışıqlara maraq göstərmədən hadisələrin gedişini sürətləndirməkdə davam edir.
 
Onun sözlərinə görə, onun Rusiya lideri ilə danışıqlar ideyasına dəstək verməsinə rəğmən, Rusiya diktatorunun dialoqa hazır olduğuna şühbə ilə yanaşır, çünki onun məqsədi bütün Ukraynanı zəbt etməkdir.
 
Kin həmçinin qeyd edib ki, Putin cəbhədə ciddi çətinliklərlə üzləşir, şəxsi heyət arasında itkiləri ay ərzində 30-57 minədək ola bilər, həm də hərbi texnika ilə bağlı problemləri var.
 
"Hazırda bizim ordumuz ikinci dünya savaşından bəri ən kiçik ordudur, Hərbi-Hava Qüvvələrimiz son 40 ildə ən az saydadır, 360 gəmiyə ehtiyacı olan Donanmamızda cəmi 90 gəmi var", - o, vurğulayıb.
 
"SSRİ mövcud olanda biz münaqişəyə hazır olmuşuq, bəs indi necə? Ukrayna savaşı mühüm dərs olmalıdır. Biz görürük ki, müharibənin təqdirdə bizim heç nəyimiz yetərli olmayacaq", - general bəyan edib.
Chosen
33
moderator.az

1Sources