EN

Braziliyalı nazir: COP29-da aparılan müzakirələr zamanı çətinliklərə baxmayaraq, yekun razılaşma əldə etməliyik

“Braziliyada keçiriləcək COP30 konfransı bütün ölkələr arasında möhkəmlənəcək əməkdaşlığın nümunəsi olmalıdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri COP29-un bağlanış plenar sessiyasında Braziliyanın ətraf mühit naziri Marina Silva söyləyib.

Nazir bildirib ki, bunun baş verməsi üçün COP29-da aparılan müzakirələr zamanı qarşılaşılan çətinliklərə baxmayaraq, yekun razılaşma əldə etməli, gücümüzü birləşdirməliyik.

“Üzləşdiyimiz böhranı nəzərə alsaq, belə məsələlər təcili həll tələb edir. Bu razılaşmanın əldə olunması yalnız tərəflər arasında həmrəyliyin formalaşmasından asılıdır. Cəmiyyət bizdən yalnız məsuliyyətli addımlarla irəliləməyi tələb edir”, - deyə o əlavə edib.

Bizim.Media

Chosen
4
2
bizim.media

3Sources