EN

İqlim maliyyəsi üzrə müzakirələr dalana dirənib - Braziliyalı nazir

Bakı. Trend:

İqlim maliyyəsi üzrə müzakirələr dalana dirənib.

Trend xəbərverir ki, bunu Braziliyanın Ətraf Mühit və İqlim Naziri MarinaSilva COP29-un yekun plenar iclasının birinci hissəsininyekunlarına dair mətbuat konfransında deyib.

"Bütün qalan problemlər arasında maliyyə əsasıdır. Təəssüf ki,proses dalana dirənib. Əsas səbəb odur ki, yalnız dünən mətnə ​​vəkonkret maliyyələşdirmə rəqəmlərinə çıxış əldə etmişik. Bununlabelə, hələ də təkmilləşdirmə tələb edən məqamlar var", - obildirib.

Nazir vurğulayıb ki, donor ölkələr öz maliyyə öhdəlikləriniyerinə yetirməlidirlər.

"İnkişaf etməkdə olan ölkələr, vurğulayıram, öz mənfəətləri üçünkömək istəmirlər. Söhbət hər kəsə fayda verəcək keçid vətransformasiya üçün lazım olan resurslardan gedir. Ekstremal iqlimhadisələrinin artması yoxsulluğu daha da gücləndirdiyi üçün dolayıyolla kömək edə bilsə də, bu ölkələr yoxsulluğun həlli üçün maliyyəaxtarmır. Məqsəd hamıya fayda verən səylər göstərməkdir", - o əlavəedib.

Məqalədə:
Chosen
15
1
az.trend.az

2Sources