EN

Daha bir ölkə Netanyahunu həbslə hədələdi

Kolumbiya Prezidenti Gustavo Petro, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrail Baş naziri Benyamin Netanyahu və keçmiş Müdafiə Naziri Yoav Gallant haqqında həbs qərarı çıxarmasını "məntiqi" bir addım kimi qiymətləndirib.

Milli.Az xəbər verir ki, Kolumbiyanın təhlükəsizlik qüvvələri İsrailin Baş naziri Benyamin Netanyahunu ölkəyə səfər edəcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında həbs edəcək.

Petro, X platformasında paylaşımında bunları qeyd edib: "Bu, məntiqi bir qərardır. Netanyahu soyqırım törədib. Dünya Ədalət Məhkəməsi bunu deyir və bu hökmə əməl edilməlidir. Əgər Bayden bu qərarı nəzərə almasa, dünyanı barbarlığa sürükləmiş olacaq. Qərbi Avropa beynəlxalq siyasətdə müstəqilliyini bərpa etməli və məhkəmə qərarına əməl etməlidir."

Petro, ABŞ Prezidenti Joe Baydenə və Qərbi Avropa ölkələrinə müraciət edərək, məhkəmə hökmünə riayət etməyi və beynəlxalq hüququn prinsiplərinə əməl etməyi tövsiyə edib. Bu addım, beynəlxalq ədalətin qorunması baxımından vacib hesab edilir.

Lalə Qüdrətova
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
36
27
milli.az

10Sources